Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
44 günlük 2-ci Qarabağ savaşı Azərbaycan xalqının qüdrətini, döyüş əzmini, birliyini sübut etdi

0

  •          Yüz ildən çoxdur ki, Azərbaycan Qafqazın bütün sahələrdə ən önəmli dövlətidir. İqtisadi yüksəlişimiz, mədəni, elmi, milli-mənəvi uğurlarımız qonşu dövlətlərdə qısqanclıq, bəzən də düşmənçilik duyğuları yaradır. Elə bunun nəticəsidir ki, ötən əsrin əvvəllərindən Azərvaycan torpaqlarına ərazi iddiaları ilə seperatçı erməni millətçiləri əcnəbi havadarlarının siyasi, hərbi dəstəyi ilə münaqişə törədilir, uzun əsrlər qonşu yaşayan dövlətlər arasında düşmənçilik toxumu səpilirdi. 1907-1907, 1918-1929, 1988-2021- ci illərdə hərbi qarşıdurmalarda on minlərlə qoydaşımız soyqırımı qurbanı olmuş, torpaqlarımız işğal olmuş, maddi- mənəvi talana məruz qalmışdır.XX əsrin sonundan Qarabağda məskunlaşmış erməni əhalisi siyas və hərbi dəstək alaraq seperativ şüarlar səsləndirərək xalqımıza qarşı müharibəyə başlamışdılar. Qərbi Azərbaycandan soydaşlarımız fiziki , maddu və mənəvi işgəncələrə məruz qalmış, dədə- baba torpaqlarından didərgin salınmışlar. 1991- 1992- ci illərdə Xocalıda dünyanın ən dəhşətli soyqırımı törədilmişdir. 1992- 1993- cü illərdə tarixi Azərbaycan ərazilərimizin 20% işğal edilmiş, yurdlarımız yağmalanmış, xarabazara çevrilmişdir. 30 il davam edən bu işğal faktlarına dünya səssiz qalmışdır. Beynəlxalq təşkilatların erməni işğalı ilə bağlı ciddi etirazı səslənmədi. BMT-nin 4 Qətnaməsi kağız üzərində qaldı. ATƏT-in Minsk Qrupu regionu su yoluna döndərsə də Ermənistana qarşı, onun işğal siyasətinə qarşı loyal mövqe tutdu. Azərbaycanın səbri sınandı, Vətənə sevgisi sınandı, oğullarımızın qəhrəmanlığı sınandı. Amma... Amma dünya bu xalqın vətənə olan məhəbbətini heç bilməmiş . ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​27 sentyabr 2020- ci ilin sübh çağı düşmənin işğalda olan torpaqlarınızda yeni təxribatlarına bütün cəbhə boyu əkshücum əməliyyatları başladı. 30 il düşmənə hiddət, öz nifrətlə silahlanmış Azərbaycan ordusu bir neçə gün ardıcıl qələbələri ilə 30 il yaradılmış möhkəmkəndirilmiş erməni ordusunun müdafiə istehkamları müzəffər ordumuzun hücumu ilə darmadağın edildi. Bir-birinin ardınca torpaqlarımız işğaldan azad olunurdu.Düşmən vahimə içərisində idi.Onlar döyüş meydanından qaçır, müqavimət göstərənlər isə məhv edilirdi.Düşməni sülhə məcburetmə əməliyyatı aparılırdı.Bu doğru siyasi gedişlər Şuşanın azad edilməsi ilə öz bəhrəsini verdi.Artıq düşmənin müqavimət gücü qalmamışdı.O, diz çökmüşdü.Düşmən hər cür təslimçiliyə hazır idi.Rusiya Federasiyasının Prezidenti V.Putinin bir-başa iştirakı ilə 10 Noyabr 2020-ci ildə Ermənistanın Baş Naziri Nikol Paşinyan təslimçilik aktına-Kapitulyasiyaya imza atdı.30 il işğalda qalan torpaqlarımız Azərbaycan ordusunun qəhrəmanlığı, Ali baş komandanımızın siyasi-hərbi iradəsi ilə xalqımızın birliyi və həmrəyliyi ilə azad edildi.Düşmənin hərbi gücü sıfıra bərabər idi. Döyüş meydanında minlərlə əsgərini itirmiş,hərbi texnikası məhv edilmiş,qənimət kimi götürülmüş Ermənistanın Kapitalyasiyadan başqa yolu qalmamışdı. Bu birgə Bəyanatla Ağdam, Kəlbəcər, Laçın rayonları döyüşsüz təhvil verildi. Bəyannaməmiz bəndləri bu gün Azərbaycanın diqtəsi ilə həyata keçirilir. Artıq Zəngəzur dəhlizinin tikintisinə başlanılmış, Naxçıvanla Azərbaycan ərazisinin arasında nəqliyyat sturukturunun bərpasına rəvac verilmişdir. 44 günlük müharibə günlərində Azərbaycan dünyanın haqqın, ədalətin yanında olan ölkələrindən mənəvi dəstək gördü .Xüsusən, qardaş Türkiyənin dəstəyini xalqımız heç vaxt unutmayacaq! Bu 44 günlük 2-ci Qarabağ savaşı Azərbaycan xalqının qüdrətini, döyüş əzmini, birliyini sübut etdi. Var olsun Azərbaycan ordusu, var olsun Ali Baş Komandanımız İlham Əliyev, var olsun Zəfərimiz!!! ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​​Rövşən Atakişiyev,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib61 dəfə
    44 günlük 2 ci Qarabağ savaşı Azərbaycan xalqının qüdrətini döyüş əzmini birliyini sübut etdi

    Maraqlı gələ bilər
    39
    56